Yaponiya Aerokosmik Kəşfiyyat Agentliyi (JAXA) ölkənin cənub-qərbindəki Taneqaşima Peyk Buraxma Mərkəzindən H3 faydalı yük daşıyan raketi uğurla orbitə buraxıb.
Elchi.az xəbər verir ki, tədbir JAXA-nın saytında yayımlanıb.
Müdafiə Nazirliyinin rabitə peykinin orbitə çıxarılması nəzərdə tutulan raketin buraxılışı əlverişsiz hava şəraiti səbəbindən bir neçə dəfə təxirə salınıb.
H3 Yaponiyanın ən böyük maye yanacaq daşıyıcı raketidir. Uzunluğu 63 metr, diametri 5,2 metr, yükgötürmə qabiliyyəti 4-6,5 tondur
Bununla belə, birinci mərhələnin uzunluğu və çəkisi müxtəlif növ mühərriklərin və sürətləndiricilərin mövcudluğuna görə dəyişə bilər. Raketin hazırlanmasına 2013-cü ildə başlanılıb. Mitsubishi Heavy Industries bu məqsədlər üçün təxminən 200 milyard yen (1,32 milyard dollar) xərcləyib. Yeni raketin bəzi hissələrinin yaradılması üçün 3D printerlərdən istifadə edilib ki, bu da onun istehsalının maya dəyərini aşağı salıb.
Yeganə