image-hamaney-aa-1576620_1backend

Xamenei: Raket hücumları özünümüdafiə idi

İranın dini lideri Ayətullah Əli Xamenei ölkəsinin oktyabrın 1-də İsrailə raket hücumunun “özünümüdafiə” məqsədi ilə həyata keçirildiyini bildirib.
Elchi.az xəbər verir ki, İranın dini lideri Xamneyi 4 ildən sonra ilk dəfə paytaxt Tehranda cümə namazı qılıb.
Tehranın İmam Xomeyni adına Böyük Musalla məscidində yüksək səviyyəli siyasi və hərbi rəsmilərlə birlikdə on minlərlə insanın iştirakı ilə qılınan namazdan əvvəl 27 sentyabrda İsrailin Beyruta hücumunda həyatını itirən Həsən Nəsrullahın anım mərasimi keçirilib.
Namazdan əvvəl etdiyi xütbədə cari məsələləri dəyərləndirən Xamenei ölkəsinin İsrailə raket hücumlarının “özünümüdafiə” çərçivəsində həyata keçirildiyini bildirib.
İranın dini lideri bəyan edib ki, ölkəsi mümkün əks-hücumlara cavab verməkdən çəkinməyəcək və dərhal cavab verəcək.
HƏMAS-ın 7 oktyabr 2023-cü ildə İsrailə qarşı həyata keçirdiyi “Əqsa tufanı” adlı hücumlara işarə edən Xamenei, fələstinlilərin İsrailə qarşı hücumlarının “tamamilə qanuni” olduğunu bildirib.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki