image-vietnami-vuran-yagi-tayfununda-olenlerin-sayisi-262ye-yukseldi-hopebackend

Vyetnamı vuran “Yagi” qasırğası nəticəsində ölənlərin sayı 262-yə yüksəlib

Vyetnamı təsir edən Yagi qasırğasının yaratdığı torpaq sürüşməsi və daşqınlarda həyatını itirənlərin sayı 262-yə yüksəlib.
Elchi.az xəbər verir ki, VN Express xəbər saytının məlumatına görə, bu il Asiya qitəsini vuran ən güclü fırtına olaraq da xarakterizə edilən Yagi tayfunun Vyetnamda təsirləri davam edir.
Vyetnam Fəlakətin Qarşısının Alınması və Nəzarət Agentliyindən verilən açıqlamada tayfunun səbəb olduğu torpaq sürüşməsi və daşqınlar nəticəsində həyatını itirənlərin sayının 262-yə yüksəldiyi bildirilib.
Açıqlamada tayfunların törətdiyi fəlakətlərdə 820-dən çox insanın yaralandığı, 83 nəfərin itkin düşdüyü bildirilmiş və ölkənin şimalındakı Lao Cai əyalətinin Nu kəndində baş verən daşqından sonra bütün kənddəki evləri su basıb, xilasetmə qrupları itkin düşən kənd sakinlərinin axtarışlarını davam etdirib.
Açıqlamada həmçinin ölkə daxilində təxminən 137 min evin zərər gördüyü, 130 mindən çox insanın təhlükəsiz bölgələrə təxliyə edildiyi, tayfunun şəhərə təsir etdiyi şəhərlərdə infrastrukturun ciddi şəkildə zədələndiyi bildirilib.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki