Dekabrın 27-nə keçən gecə İsrailin hava hücumundan sonra Qəzza zolağının şimalında yerləşən “Kamal Advan” xəstəxanası fəaliyyətini dayandırıb.
Elci.az -ın məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) “X”də xəbər yayıb.
“Kamal Advan” xəstəxanasına səhər basqını Qəzza zolağının şimalındakı sonuncu böyük tibb müəssisəsini sıradan çıxarıb”, – məlumatda deyilir.
Qeyd olunur ki, xəstəxanada 60 tibb işçisi və süni nəfəs aparatına qoşulanlar da daxil olmaqla ağır vəziyyətdə olan 25 xəstə qalır.
İsrail Ordusu daha sonra özünün teleqramdakı kanalında qeyd edib ki, xəstəxana bütün müharibə boyu yaraqlıların istifadə etdiyi Qəzza zolağının şimalında HƏMAS terror mərkəzi kimi xidmət edir.
Xavər