image-thumbs-b-c-f9eff05281b56272ca7dd4712a781816backend

ÜST elan etdi: Qəzzada poliomielit peyvəndinin ikinci mərhələsi başladı

Bildirilib ki, bu gün səhər saatlarında İsrailin hücumu altında olan Qəzza zolağında poliomielit peyvəndinin ikinci mərhələsi başlayıb.
Elchi.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının ( ÜST ) verdiyi açıqlamada , Qəzzanın mərkəzi hissəsindəki bölgələrdə bu gündən etibarən poliomielit peyvəndinin ikinci mərhələsinə başlandığı bildirilib.
Açıqlamada Qəzzanın orta hissəsində poliomielit peyvəndi ediləcəyi nöqtələrin xəritəsi də paylaşılıb.
BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) məsələ ilə bağlı verdiyi açıqlamada, peyvəndlərin bütün uşaqlara çatdırılması üçün tərəfləri münaqişələrdə humanitar fasiləyə riayət etməyə çağırıb.
Fələstin Səhiyyə Nazirliyi avqustun 16-da Qəzza zolağında ilk poliomielit hadisəsinin aşkar edildiyini açıqlayıb.
ÜST, Fələstin Səhiyyə Nazirliyi və UNWRA ilə əməkdaşlıq çərçivəsində Qəzza zolağında 10 yaşından kiçik 600 mindən çox uşağı əhatə edən poliomielit əleyhinə peyvənd kampaniyasına start verilib.
Sentyabrın 16-da birinci tur başa çatıb və peyvəndlə əhatəliliyin 90 faizə çatdığı bildirilib.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki