Ukraynanın bir neçə məmuru ölkə hökumətində baş verən kütləvi kadr dəyişiklikləri fonunda yaxın vaxtlarda öz vəzifələrini tərk etmək niyyətindədir.
Elchi.az xəbər verir ki, bu barədə “Kommersant” məlumat yayıb.
Sentyabrın 4-ü çərşənbə günü səhər Ukraynanın xarici işlər naziri Dmitri Kuleba istefa ərizəsi təqdim edib. Diplomat bu vəzifəni 2020-ci ilin yazından tuturdu və Kiyev üçün ən nüfuzlu və önəmli şəxslərdən biri idi. Jurnalistlər qeyd ediblər ki, nazir BMT Baş Assambleyasının növbəti sessiyası üçün ABŞ-a planlaşdırılan işgüzar səfərindən bir neçə həftə əvvəl vəzifəsindən istefa vermək qərarına gəlib.
Materialda deyilir ki, Kuleba ilə yanaşı, baş nazirin Avropa və Avro-Atlantik inteqrasiya üzrə müavini Olqa Stefanişina və Ukrayna Ədliyyə Nazirliyinin rəhbəri Denis Malyuska da öz vəzifələrini tərk edəcəklər.
Ukrayna hökumətində mühüm kadr dəyişiklikləri başlayıb. Artıq bir neçə nazir istefa ərizəsini təqdim edib. “Axşam Moskva” politoloq Yuri Svetovdan Ukrayna hökumətinin tərkibində nələrin dəyişdiyini, daha kimin vəzifədən kənarlaşdırıla biləcəyini və bunun Rusiya üçün nəsə məna kəsb etdiyini öyrənib.
Nuranə Məmmədova