image-ukrayna-saldiri-2216099_1backend

Ukrayna: Rusiyanın hücumları nəticəsində 8 mülki şəxs ölüb, 44 mülki şəxs yaralanıb

Ukrayna rəsmiləri son 24 saat ərzində Rusiya ordusunun ölkənin müxtəlif bölgələrində həyata keçirdiyi hücumlarda 8 nəfərin həyatını itirdiyini, 44 nəfərin isə yaralandığını bildirib.
Elchi.az xəbər verir ki, Ukraynanın Donetsk Əyalət Administrasiyasının rəhbəri Vadim Filaşkin açıqlamasında Rusiyanın bölgəyə hücumları nəticəsində 4 mülki vətəndaşın həyatını itirdiyini, 11 mülki vətəndaşın isə yaralandığını bildirib.
Açıqlamada, hücumlarda çoxlu ev və binanın zərər gördüyü bildirilib.
Odessa Əyalət Hərbi İdarə rəisi Oleq Kiper Rusiya qüvvələrinin Odessa bölgəsinə hücumları nəticəsində 3 mülki vətəndaşın həyatını itirdiyini, 3-ü uşaq olmaqla 14 mülki vətəndaşın yaralandığını qeyd edib.
Xerson Vilayəti Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudin açıqlamasında bildirib ki, Rusiya ordusunun Xerson və bölgədəki 23 yaşayış məntəqəsini hədəfə alması nəticəsində 1 nəfər ölüb, 19 nəfər yaralanıb.
Ukrayna Baş Qərargahından verilən açıqlamada, Ukrayna ordusunun Rusiya ordusuna məxsus 21 tank, 48 zirehli texnika, 58 top, 2 hava hücumundan müdafiə sistemi, 85 pilotsuz uçuş aparatı, 60 avtomobil və xüsusi texnikanı məhv etdiyi bildirilib. və son 24 saatda “1370 rus əsgərinin bu hücumlarda zərərsizləşdirildiyi bildirildi.”
Açıqlamada Rusiya ordusunun ötən gün Ukrayna hərbçilərinin mövqelərinə və yaşayış məntəqələrinə 8 raket, 96 idarə olunan bomba və 71 hava hücumu təşkil etdiyi, eyni zamanda rusların da 32 “Şahed” tipli pilotsuz uçuş aparatı ilə Ukraynaya hücum etdiyi qeyd edilib. Bu PUA-lardan 24-ü vurularaq məhv edilib.
Açıqlamada son 24 saatda Rusiya və Ukrayna orduları arasında 187 toqquşma olduğu və ən qızğın toqquşmaların Pokrovski istiqamətində baş verdiyi, rus hücumçularının Kuraxovski istiqamətində fəallaşdığı və Rusiya ordusu Kursk bölgəsinə də hava zərbələri endirib.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki