image-34backend

Ukrayna ABŞ-ın köməyi olmadan döyüşməyə hazır olmalıdır

Ukrayna ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Kiyevə hərbi yardım göstərməkdən imtina edə biləcəyinə hazırlaşmalıdır.

Elchi.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin “Aydar” batalyonunun keçmiş komandiri, Milli Antarktika Elm Mərkəzinin direktoru Yevgeni Dikiy “Radio NV”nin efirində deyib.

Onun sözlərinə görə, bu, Ukrayna üçün ən pis ssenaridir, eyni zamanda, ən çox ehtimal olunan ssenaridir. O xatırladıb ki, Tramp seçki kampaniyası zamanı andiçmə mərasimindən sonra Rusiya-Ukrayna münaqişəsini dayandıracağını deyib. “Onun blef etməməsi faktı onunla təsdiqlənir ki, hətta prezidentliyə namizəd kimi o, artıq yeddi aydır ki, bizim yardımımıza mane olub”, – deyə hərbçi yekunlaşdırıb.

Bundan əvvəl Tramp komandası ABŞ-ın hazırkı prezidenti Co Baydenin Rusiya ərazisinə dərin zərbələr endirmək üçün Ukraynanın uzaqmənzilli silahlardan istifadəsinə icazə vermək qərarına reaksiya verib. Trampın keçid qrupunun kommunikasiyalar üzrə direktoru Stiven Çunq deyib ki, Ukraynadakı münaqişəyə son qoymaq yalnız Trampın gücünə malikdir.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki