image-756792917341495backend

Türkmənistan Rusiyaya qaz nəqlini dayandırıb

“Türkmənqaz” “Qazprom” la qiymətlərdə razılaşmadığına görə Rusiyaya qaz nəqlini dayandırıb.
Elchi.az TASS-a istinadən xəbər verir ki, bu barədə Türkmənistan şirkətinin rəhbəri Maksat Babayev “ Türkmənistanın Neft və Qazı – 2024” Beynəlxalq Konfransı və Sərgisinin yekunlarına dair mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, 2019-cu ildə bağlanmış 5 illik müqavilə iyunun 30-da başa çatıb. O, ildə 5,5 milyard kubmetrə qədər tədarük etməyi nəzərdə tuturdu. Türkmənistan üçün əsas şərt kommersiya hissəsi idi, lakin Qazprom-un təklifi onlara uyğun gəlmədi.
Babayev əlavə edib ki, “Türkmənqaz”a hər tərəfdən tələbat artır, ona görə də itirilən ixrac həcminin alıcıları mütləq olacaq. O, həmçinin “Qazprom”un danışıqlara qayıdacağını və tərəflərin yeni təchizat müqaviləsi bağlaya biləcəyini də istisna etməyib.
Mərkəzi Asiya respublikası Çinə boru kəməri qazının əsas tədarükçüsüdür . Bu ilin ilk səkkiz ayında Çinə 6,55 milyard dollarlıq yanacaq satıb. Rusiya, Sibirin Gücü qaz kəməri vasitəsilə tədarükün artmasına baxmayaraq , 5,4 milyard dollar nəticə ilə ikinci yerdədir.

Nuranə Məmmədova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki