image-12401819-0abe-3da8-9918-6c15b56f6863_850backend

Türkiyədə iki cinayətkar dəstəyə qarşı əməliyyat keçirilib, 157 şübhəli saxlanılıb

Türkiyədə İnterpol xətti ilə axtarılan şəxslərin rəhbərlik etdiyi iki mütəşəkkil cinayətkar dəstəyə qarşı “Kuyu-36” əməliyyatı keçib.

Elchi.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya “X”də yazıb.

O bildirib ki, əməliyyat nəticəsində 157 şübhəli saxlanılıb.

Həmçinin, 40 sənədsiz tapança, 10 avtomatik tapança, 5 tüfəng, 3 AK-47 uzun lüləli avtomat, 2 əl bombası, 9 gülləkeçirməz jilet və müxtəlif növ ləvazimatlar ələ keçirilib.

Havar Şəfiyeva

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki