image-zt3z04w5xlgrxc00tlj1uu7nx87682t1backend

Türkiyə İsraillə əlaqələri tamamilə kəsib

Türkiyə ilə İsrail arasında münasibətlər tamamilə pozulub, Türkiyə hakimiyyəti bu münasibətləri yaxşılaşdırmaq üçün heç bir addım atmayıb.
Elchi.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar Müdirliyi yanında Dezinformasiya ilə Mübarizə Mərkəzi məlumat yayıb.
Belə ki, departament Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkələr arasında münasibətləri bərpa etmək üçün guya İsrail hakimiyyəti ilə əlaqə saxlaması ilə bağlı xəbərlərə cavab verib.
Mərkəzin X sosial şəbəkəsindəki açıqlamasında deyilir: “Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın İsrail hakimiyyətinə zəng etməsindən söhbət gedə bilməz.
Onlar əlavə ediblər ki, Təl-Əvivlə Ankara arasında münasibətlər “İsrailin Qəzza zolağında həyata keçirdiyi soyqırım siyasəti” nəticəsində kəsilib.
“Sonrakı dövrdə münasibətlərin yaxşılaşdırılması üçün heç bir addım atılmadı, Türkiyə Fələstin xalqının haqlı davasını dəstəkləməyə davam edir”, – deyə Mərkəz yekunlaşdırıb.

Nuranə Məmmədova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki