“Suriyada bizim üçün ən əlverişli və ən az zərərli həll yollarını müəyyən etməliyik. Hər bir qərarın mənfi və müsbət tərəfləri var”.
Elchi.az xəbər verir ki, bu fikirləri Suriya prezidenti Bəşər Əsəd bildirib.
“Bildiyiniz kimi, Suriya çətin şəraitdə yaşayır və çətin seçimlər qeyri-mümkünlük demək deyil. Siyasi baxışlara və faktlara əsaslanmalıyıq.
Biz Türkiyənin Rusiya, İran və İraqla əlaqələrə dair təqdim etdiyi təşəbbüsləri bir neçə tərəfdən nəzərdən keçirdik.
Qonşu ölkənin torpaqlarını işğal etməmişik, terroru dəstəkləməmişik. Həll yolu dürüst olmalı və problemi təkəbbür olmadan müəyyənləşdirmək lazımdır.
Həqiqi səbəblərini görə bilmədiyimiz problemi necə həll edə bilərik? Münasibətlərin bərpası ilk növbədə bu münasibətlərin pozulmasına səbəb olan amillərin aradan qaldırılmasını tələb edir və biz heç bir haqqımızdan əl çəkməyəcəyik”, – deyə Əsəd bildirib.
Əsəd qeyd edib ki, Suriya daim Türkiyə qoşunlarının onun işğal etdiyi ərazilərdən çıxarılmasının və terrora dəstəyin dayandırılmasının vacibliyini vurğulayır. O, Suriyanın standartının suverenlik olduğunu qeyd edib.
Yeganə