image-841385229_128_0_1152_576_640x0_80_0_0_d3f8697b138066d0c41c2600e28c55da-jpgbackend

Türkiyə birjası enişdən sonra dünyanın ən pis bazarına çevrilir

Türkiyə birjası dünya birjaları arasında bir ayın ən pis göstəricisini nümayiş etdirir.
Elchi.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Nəşrin məlumatına görə, Borsa İstanbul 100 indeksi artıq 8,2 faiz ucuzlaşıb. Bu, dünyada istənilən əsas indeksin ən böyük azalması idi.
Bildirilir ki, belə dinamika Mərkəzi Bankın 50 faizlik yüksək faiz dərəcəsini saxlayan ultra sərt pul siyasəti və qiymət artımı ilə bağlıdır.
Ekspertlərin fikrincə, pul siyasətinin təsiri üçüncü rübün sonuna kimi tam qiymətləndiriləcək, lakin o vaxta qədər bazara inamı bərpa etmək çətin olacaq.

Nuranə Məmmədova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki