image-trump-reu-1763611_1backend

Trampın təyyarə qəzası ilə bağlı açıqlaması: Qarşısı alına bilən qəza idi

ABŞ-ın paytaxtı Vaşinqton yaxınlığında havada sərnişin təyyarəsi ilə hərbi helikopter toqquşub. ABŞ prezidenti Donald Tramp qəza ilə bağlı verdiyi yazılı açıqlamada hadisələri yaxından izlədiyini və insanların sağ qalması üçün dua etdiyini bildirib.
Elchi.az xəbər verir ki, ABŞ Federal Aviasiya Administrasiyasından (FAA) verilən yazılı açıqlamaya görə, Ronald Reyqan hava limanı yaxınlığında təyyarə ilə hərbi helikopter toqquşub.
American Airlines-a məxsus sərnişin təyyarəsi və hərbi helikopter toqquşmadan sonra Potomak çayına düşüb.
Qəza ilə bağlı təhqiqat başladılıb və Amerika mətbuatında yer alan xəbərlərə görə, hələlik sağ qalan olmayıb.
Tramp ilk müdaxilə edənlərə təşəkkür edib və baş verən hadisələri paylaşacaqlarını bildirib.
Daha sonra “Truth” sosial media platformasında açıqlama verən Tramp, təyyarənin öz marşrutu ilə uçuş-enmə zolağına doğru endiyini ifadə edərək, “Helikopter uzun müddət birbaşa təyyarəyə doğru gedirdi. Aydın bir gecə idi və Təyyarənin işıqları yanırdı. Nə üçün idarəetmə qülləsi təyyarəni görüb-görmədiyini soruşmadı? qiymətləndirmə aparıb.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki