image-snimok-yekrana-164backend

Trampdan iddia: Rekord sayda müsəlman dəstəyi var

ABŞ-ın Respublikaçı namizədi Donald Tramp Miçiqan ştatında rekord sayda müsəlmanın dəstəyini aldığını iddia edib.
Elchi.az xəbər verir ki, ABŞ-da Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp Miçiqan ştatında rekord sayda müsəlman və ərəb seçicinin dəstəyini aldığını iddia edib.
X sosial media platformasındakı paylaşımında Tramp Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harrisin kabinetini “istirahətçilər” adlandırıb.
ABŞ-ın siyasi tarixində “ən böyük və ən geniş koalisiyanı” qurduqlarını iddia edən Tramp, “Bura Miçiqanda sülh istəyən rekord sayda ərəb və müsəlman seçici daxildir” deyib.
Donald Tramp, “Harris və kabinetinin Yaxın Şərqi işğal edəcəyindən, milyonlarla müsəlmanın ölümünə səbəb olacağından və III Dünya Müharibəsini başlayacağından xəbərdar olduğunu” iddia edərək, Miçiqandakı ərəb və müsəlman seçicilərdən dəstək istəyib.
Ölkədə ən çox səs toplayan namizədin deyil, ən çox nümayəndənin toplandığı namizədin prezident olduğu seçki sisteminə görə “yelləncək ştatları”nda nəticələr daha önəmlidir.
Açıq mənbələrə görə, ABŞ-ın yelləncək ştatlarından biri olan Miçiqanda 250 minə yaxın ərəb amerikalı və müsəlman yaşayır.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki