image-2fe9970115643bca8c0689e5fc9028d3backend

Tramp: Ukraynada seçki vaxtıdır

ABŞ prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün Moskva ilə razılığa gələ biləcəklərini və Ukraynada seçkilərin keçirilməsinin vaxtının çatdığını bildirib.
Elchi.az xəbər verir ki, ABŞ prezidenti Tramp Floridadan Vaşinqtona qayıdan təyyarəsində mətbuat mənsublarına gündəmlə bağlı açıqlamalar verib.
Uzun müddətdir Ukraynada seçkilərin keçirilmədiyinə işarə edən Tramp, “Seçki vaxtıdır. Uzun müddətdir seçki olmayıb. Seçki vaxtıdır, həm də bütün pulların (ABŞ-ın Ukraynaya verdiyi) nə olduğunu öyrənmək vaxtıdır” deyib.
Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün Moskva ilə danışıqların yaxşı getdiyini qeyd edən Tramp, “Rusiya ilə çox yaxşı gedirik. Onun (Ukrayna prezidenti Vladimir Zelenskinin) edə bilmədiyi bir şeyi Rusiya ilə edəcəyik. Potensial olaraq daha milyonlarla insanın öldürülməsini dayandırmaq üçün Rusiya ilə müqavilə bağlaya bilərik” dedi.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki