ABŞ prezidenti Donald Tramp hesab edir ki, Ukrayna nizamlanmasına dair razılaşma ya nisbətən tez əldə olunacaq, ya da heç olmayacaq.
Elchi.az xəbər verir ki, o, bu barədə ikitərəfli danışıqlar başa çatdıqdan sonra Ağ Evdə Böyük Britaniyanın baş naziri Keir Starmer ilə birgə mətbuat konfransında bildirib.
Trampın sözlərinə görə, Ukrayna nizamlanmasında “böyük irəliləyiş” əldə olunub. “Düşünürəm ki, hər şey olduqca sürətlə gedir”, – Amerika lideri bildirib. “Bu, nisbətən tez baş verəcək və ya heç baş verməyəcək”, – Amerika lideri hesab edir.
“Əgər sülh istəyirsənsə, [münaqişənin] hər iki tərəfi ilə danışmalısan”, – Tramp vurğulayıb. O qeyd edib ki, bu yanaşmanı “sağlam düşüncə” diktə edir. “Növbəti addımımız atəşkəsin yaradılması istiqamətində olacaq və buna nail olmaq tamamilə mümkündür. Ümid edirik ki, bu, tezliklə baş verə bilər”, – ABŞ prezidenti yekunlaşdırıb.
Yeganə