image-donald-trump-donald-j-trumpbackend

Tramp SÖZ VERDİ: Ukrayna münaqişəsi ilə bağlı çox səylə çalışacaq

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Ukraynadakı münaqişənin həlli üçün hər cür səy göstərməyə hazır olduğunu bəyan edib.

Elchi.az xəbər verir ki, Amerika Birinci İnstitutunun qalasında Tramp bildirib ki, o və onun administrasiyası Ukrayna münaqişəsinə son qoymaq üçün çox çalışacaqlar.

Çıxış zamanı o, həmçinin qeyd edib ki, onun administrasiyası Yaxın Şərqdəki vəziyyətlə bağlı fəal işləyəcək. Onun sözlərinə görə, silahlı münaqişələrə son qoyulmalıdır.

Bundan əvvəl ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın qərargahının nümayəndəsi Karolin Levitt yeni dövlət başçısının ilk iş günündə Rusiya və Ukrayna arasında dialoqa başlamaq planlarını açıqlamışdı. Onun sözlərinə görə, o, Rusiya və Ukrayna nümayəndələrini danışıqlar masası arxasına “oturmağa” hazırlaşır.

Xatırladaq ki, Tramp diplomat Brayan Huku münaqişəyə son qoymaq üçün danışıqlar aparmaq üçün Ukrayna üzrə xüsusi elçi təyin etmək niyyətindədir, Ukraynanın “Zerkalo Nedeli” nəşri yazır. Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov da öz növbəsində Rusiya Federasiyasında xüsusi nümayəndə yaratmaq planının olmadığını bildirib və qeyd edib ki, Ukrayna ilə bağlı bütün məsələlər Rusiya prezidenti tərəfindən şəxsən nəzarətdə saxlanılır.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki