image-upload-2024-09-11t021609z_1111515545_np1ek9b06au4e_rtrmadp_3_usa-election-debate-pic_32ratio_900x600-900x600-64342backend

Tramp: “Seçkidə uduzsam, günah yəhudilərdə olacaq”

Tramp: Seçkidə uduzsam, yəhudilərin bunda nəsə işi olacaq.
Elchi.az xəbər verir ki, Respublikaçıların prezidentliyə namizədi seçkidə uduzsa, yəhudilərin bununla nəsə əlaqəsi olacaq. Bunu “The New York Times” (NYT) qəzetinə istinadən ABŞ-ın keçmiş prezidenti Donald Trampın özü deyib.
ABŞ-da antisemitizmi pisləyən kampaniya tədbirində çıxış edən siyasətçi yəhudi seçiciləri Demokratik partiyaya görə tənqid edərək, demokratların “onlara lənət və ya güc tətbiq etdiyini” vurğulayıb.
Tramp həmçinin yəhudiləri “düşmənə səs verməkdə” günahlandırıb ki, o, məğlub olarsa, İsrailin mümkün məhvinə səbəb ola bilər. Prezidentliyə namizəd qeyd edib ki, İsrailə qarşı yürütdüyü siyasətə görə seçkilərdə yəhudilərin 100% səsini almalıdır.
Bundan əvvəl Tramp Avropanın və bütün dünyanın onun prezident seçkilərində qələbəsinə hazır olduğunu bildirib. Siyasətçi qeyd edib ki, onun qələbəsi dünyanı sarsıtmayacaq.
Bundan əvvəl Trampın oğlu atasına qarşı sui-qəsd cəhdinin yeni versiyasını irəli sürüb.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki