ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə görüşün hazırlığını açıqlayıb.
Elchi.az bu barədə “Reuters”-ə istinadən xəbər verir.
“Biz hazırlaşırıq, prezident Putin görüş istəyir, hətta bunu açıq elan edib. Biz Ukrayna münaqişəsinə son qoymalıyıq”,-deyə o, Floridada “Fox News” kanalına bildirib.
“Çin sədri Si Cinpinə gəlincə, çoxlu müzakirələr olub. Çox adamla çoxlu görüşlər planlaşdırılır, bəziləri artıq baş tutub. Amma mən yanvarın 20-nə qədər gözləməyə üstünlük verərdim”, – deyə gələcək Amerika lideri əlavə edib.
Jurnalistlər respublikaçıdan Putin və Si Cinpinlə hansı formatda danışıqlar aparmaq istədiyini soruşublar. “Bunu müəyyən etmək qalır”,-deyə o, cavab verdi.
Yeganə