ABŞ prezidenti Donald Tramp bildirib ki, Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Vladimir Zelenski müharibəni bitirmək istəyirlər. Sülh üçün çalışdıqlarını bildirən Tramp Putinlə “çox yaxında” görüşə biləcəyini də açıqlayıb.
Elchi.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Palm Beach beynəlxalq hava limanında mətbuata açıqlama verib. Rusiya-Ukrayna müharibəsinin heç vaxt başlamaması lazım olan bir müharibə olduğunu və sülh üçün çalışdıqlarını ifadə edən Tramp, Rusiya prezidenti Vladimir Putinlə nə vaxt görüşəcəyi sualına “Vaxt təyin olunmayıb, amma çox yaxında ola bilər” deyə cavab verib. Putinin müharibəni bitirmək istədiyini bildirən Tramp, “Məncə (Putin) müharibəni dayandırmaq istəyir. Bunu görürəm” dedi. Rusiyanın güclü ordusuna sahib olduğunu qeyd edən Tramp, “Hitleri məğlub etdilər, Napoleonu məğlub etdilər. Bilirsiniz, uzun müddətdir müharibə aparırlar. Bunu əvvəllər də ediblər” deyib. Tramp Putin haqqında “Ancaq düşünürəm ki, o, mübarizəni dayandırmaq istəyir” deyib.
Şayəstə Hüseynova