image-putintrumpaa-2315313_1backend

Tramp: Putin mənimlə mümkün qədər tez görüşmək istədiyini söylədi

Ukraynadakı müharibəni ən qısa zamanda bitirmək istədiyini bildirən Tramp, “Vladimir Putin mənimlə ən qısa zamanda görüşmək istədiyini söylədi. Bunu gözləyəcəyik, amma bu müharibəni bitirməliyik” dedi.
Elchi.az xəbər verir ki, ABŞ-ın seçilmiş prezidenti Donald Tramp Arizona ştatında keçirilən proqramda xarici siyasətlə bağlı addımlarını dəyərləndirib.
Ukraynadakı müharibənin bir an əvvəl bitməsi lazım olduğuna işarə edən Tramp, “(Rusiya) prezident Putin mənimlə ən qısa zamanda görüşmək istədiyini söylədi. Bunu gözləyəcəyik, amma bu müharibəni bitirməliyik” deyib.
Ukraynadakı müharibənin dəhşətli müharibə olduğunu və bu müharibədə “milyonlarla” əsgərin həyatını itirdiyini qiymətləndirən Tramp prezident olacağı təqdirdə Ukrayna müharibəsinin heç vaxt başlamayacağını müdafiə edib.
Yanvarın 20-də prezidentliyə and içəcək Tramp uzun müddətdir ki, Ukraynada müharibəyə son qoyacağı və Yaxın Şərqdəki müharibələrə son qoyacağı iddiasını səsləndirir.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki