ABŞ prezidenti Donald Tramp hərbi münaqişəyə qarışmaqdansa, İranla müqavilə imzalamağa üstünlük verdiyini bəyan edib.
Elchi.az bu barədə “Reuters”-ə istinadən xəbər verir.
“Hamı İsrailin bizim köməyimizlə və ya razılığımızla (İranı) bombalayacağını düşünür”. Mən belə olmamağı üstün tuturam. Mən İranla bizə İranın nüvə obyektlərini təftiş etməyə, monitorinq aparmağa imkan verən sazişə üstünlük verərdim”,- deyə o, “Fox News”-a müsahibəsində deyib.
“İranın nüvə silahı əldə etməsinə icazə verilə bilməz və onları [İran səlahiyyətliləri] dayandırmağın iki yolu var: bombalarla və ya kağızla. Mən onlara zərər verməyəcək bir saziş bağlamağa üstünlük verirəm. Düşünürəm ki, onlar da bunu istərdilər”, – deyə Tramp qeyd edib.
Yeganə