ABŞ prezidenti Donald Tramp inaqurasiyadan sonra Çin prezidenti Si Cinpinlə danışdığını bildirib.
Elchi.az xəbər verir ki, Tramp bu barədə “Fox News” telekanalına müsahibəsində qeyd edib.
“Bəli, mən onunla danışmışam”, – deyə ABŞ prezidenti müvafiq sualı cavablandırıb.
Fevralın 1-də Ağ Evin rəhbəri Kanada, Çin və Meksikadan malların idxalına gömrük rüsumlarının tətbiqi haqqında fərman imzalayıb. Çindən gələn mallara 10 faiz əlavə gömrük rüsumları tətbiq edilib. Trump keçən həftə ticarət tariflərini müzakirə etmək üçün Si Cinpin ilə telefon danışığına tələsmədiyini bildirdi.
Yeganə