image-455441-pic_32ratio_900x600-900x600-22985backend

Tramp Harrisin onu faşist adlandırmasına cavab verib

Tramp bildirib ki, Harrisin yarışda uduzduğunu anladığı üçün onu təhqir edib.
Elchi.az xəbər verir ki, Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp hesab edir ki, seçki yarışında onun rəqibi, vitse-prezident Kamala Harris uduzduğunu anladığı üçün onu təhqir edir. Bu barədə o, Truth Social sosial şəbəkəsindəki səhifəsində yazıb.
“Kamala Harris itirdiyini görür, ona görə də indi o, ritorikasını daha da artırır, məni Adolf Hitler adlandırmağa qədər gedir”, – Tramp deyib.
Onun sözlərinə görə, vitse-prezident demokratiya üçün təhlükə yaradır və ABŞ-a rəhbərlik etməyə yaraşmır.
Harris CNN telekanalının canlı efirində Trampı faşist adlandırıb. Onun sözlərinə görə, keçmiş prezidentin administrasiyasında işləyən bir neçə nəfər onun “yararsız və təhlükəli” olduğunu və ABŞ Konstitusiyasına hörmətsizlik etdiyini bildirib.
Oktyabrın 23-də NBC News telekanalı mənbələrə istinadən yazıb ki, Tramp nəticələri gözləmədən seçkidə qələbəsini elan edə bilər.
ABŞ-da prezident seçkiləri 2024-cü il noyabrın 5-nə təyin edilib.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki