ABŞ prezidenti Donald Tramp keçmiş prezident Co Baydenin bütün təhlükəsizlik icazələrini ləğv edib, çünki o, “artıq məxfi məlumatlara çıxışa ehtiyac duymur” və “pis yaddaş” var.
Elchi.az xəbər verir ki, ABŞ prezidenti Tramp Truth Social sosial media platformasında Baydenin bütün təhlükəsizlik icazələrini ləğv etdiyini açıqlayıb.
“Co Baydenin məxfi məlumatlara davamlı çıxışı artıq lazım deyil. Ona görə də biz dərhal Co Baydenin təhlükəsizlik icazəsini ləğv edirik və onun gündəlik kəşfiyyat brifinqlərini dayandırırıq”, – Tramp açıqlamasında bildirib.
Tramp açıqlamasında Bayden haqqında hazırlanan prokuror hesabatına toxunaraq, “Bayden qısa yaddaşdan əziyyət çəkirdi və hətta həssas məlumatlara gəldikdə onun yaxşı şəxsiyyətinə belə etibar etmək olmaz. Co, işdən çıxarıldın!” şərhini verdi.
2021-ci ildə ofisi ona təhvil verdikdən sonra Bayden tərəfindən təhlükəsizlik icazələrinin ləğv edildiyini xatırladan Tramp, eyni şəkildə hərəkət etdiyini bildirib.
Şayəstə Hüseynova