image-download-2025-03-06t195652-740backend

Tramp artan ticarət kəsirini dəyişdirəcəyini deyir

ABŞ prezidenti Donald Tramp sosial şəbəkədə paylaşım edərək ölkəsinin böyük xarici ticarət kəsiri olduğunu və bunu dəyişəcəyini bildirib.
Elchi.az xəbər verir ki, ABŞ Ticarət Nazirliyinin bu gün açıqladığı məlumatlara görə , yanvar ayında ölkənin xarici ticarət kəsiri aylıq bazda 34, illik bazda isə 96,5 faiz artıb.
Tramp bu gün açıqlanan xarici ticarət məlumatları ilə bağlı Truth Social platformasında yazı paylaşıb.
“Dünya ilə böyük ticarət kəsiri indicə açıqlandı. Mən bunu dəyişdirəcəyəm”, – o, öz postunda yazıb. Tramp bu ifadədən istifadə edərək, keçmiş prezident Co Baydenin buna görə məsuliyyət daşıdığını iddia edib.
Beləliklə, yanvar ayında 131,4 milyard dollara çatan xarici ticarət kəsiri bütün zamanların ən yüksək səviyyəsinə çatıb.
ABŞ-ın ixracatı yanvar ayında əvvəlki aya görə yüzdə 1,2 artaraq 269,8 milyard dollara çatarkən, ölkənin idxalı da yüzdə 10 artaraq 401,2 milyard dollarla rekord səviyyəyə çatıb.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki