Avropa Birliyi ABŞ-dan karbohidrogen alışının həcmini artırmasa, Amerikanın qoruyucu rüsumları ilə üzləşəcək.
Elchi.az xəbər verir ki, bunu Amerikanın seçilmiş prezidenti Donald Tramp deyib.
Siyasətçi planları barədə özünün “Truth Social” sosial şəbəkəsində danışıb.
“Avropa Birliyinə dedim ki, onlar ABŞ-la olan böyük kəsirlərini bizim neft və qazımızın böyük miqyaslı alışı hesabına doldurmalıdırlar. Əks halda, bu, daimi tariflərlə nəticələnəcək!”
Bundan əvvəl ABŞ-ın Avropa İttifaqındakı keçmiş səfiri Entoni Qardner Trampın Avropa İttifaqının dağılmasına çalışacağı ilə bağlı fikirlərini bildirmişdi. Diplomat təklif edib ki, respublikaçı ikinci prezidentliyi dövründə bu məqsədə çatmaq üçün Macarıstanın baş naziri Viktor Orbanla qarşılıqlı əlaqədə olacaq, çünki ikincisi birliyi tənqid edən Aİ-nin ən tanınmış siyasətçilərindən biridir.
Yeganə