image-snimok-yekrana-222backend

Tramp 3 ölkəyə gömrük rüsumları tətbiq edir: Təsiri nə ola bilər?

ABŞ prezidenti Donald Trampın bu gündən etibarən gömrük rüsumlarını tətbiq edəcəyini açıqladığı Meksika, Kanada və Çin də keçən ilki məlumatlara görə ABŞ-ın ən böyük ticarət tərəfdaşlarıdır.
Elchi.az xəbər verir ki, Ağ Ev ABŞ prezidenti Donald Trampın bu gündən qonşu ölkələr Meksika və Kanadaya 25 faiz, Çinə isə 10 faiz rüsum tətbiq etməyə başlayacağını açıqlayıb. Trump cümə günü Kanada neftinə daha aşağı 10 faiz tarif tətbiq ediləcəyini və bunun fevralın 18-də qüvvəyə minə biləcəyini söylədi. Prezident Tramp həmçinin bildirib ki, Avropa İttifaqı (Aİ) ABŞ-la yaxşı rəftar etmir və gələcəkdə Avropa İttifaqına tariflər tətbiq etməyi planlaşdırır.
BBC Türkcənin məlumatına görə, Ağ Evin sözçüsü Karoline Leavitt Kanada və Meksikaya tətbiq edilən tariflərin “on milyonlarla amerikalının ölümünə səbəb olan qeyri-qanuni fentanil maddəsinin ölkəmizə tədarükü və idxalına” cavab olduğunu deyib. Tramp həmçinin dəfələrlə təkrar edib ki, bu addım ABŞ sərhədlərini keçən çoxlu sayda sənədsiz immiqrantları və qonşuları ilə ticarət kəsirini həll etmək məqsədi daşıyır. Trampın mətbuat katibi Leavitt cümə günü Ağ Evdə keçirdiyi mətbuat konfransında qeyd edib ki, bunlar “Prezident tərəfindən verilən və yerinə yetirilən vədlərdir”.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki