image-qarabag-yeni1backend

Toral Bayramov Türkiyə klubuna keçir? – Rəsmi

Yayılan xəbərlərə görə “Qarabağ”ın futbolçusu Toral Bayramov bu mövsüm “köhlən atlar”ı Türkiyənin “Alanyaspor” klubuna dəyişə bilər.

Elchi.az xəbər verir ki, məsələ ilə bağlı Oxu.az-a açıqlama verən “Qarabağ” klubunun mətbuat katibi Anar Haciyev “Alanyaspor”dan belə bir təklifin gəlmədiyini deyib.

“Yayılan xəbərlər həqiqəti əks etdirmir. Toral Bayramovun “Qarabağ” klubu ilə müqavilə müddəti 2026-cı ilədəkdir və futbolçumuz bu müddət ərzində klubun şərəfini qorumağa davam edəcək”, – A.Hacıyev bildirib.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki