image-titan-aa-2067296_1backend

Titan Submarine qəzasının qalıqları ilk dəfə paylaşılıb

Keçən il Titanikə dalarkən parçalanan Titan sualtı qayığının qalıqları ilk dəfə ABŞ Sahil Mühafizəsi tərəfindən paylaşılıb. Fəlakəti araşdıran dinləmə əsnasında görünüşlər ortaya çıxıb.
Elchi.az xəbər verir ki, 2023-cü ilin iyununda baş verən fəlakətdə sualtı qayıqda olan 5 nəfər həyatını itirmişdi. Dünyanı əhatə edən axtarış-xilasetmə işləri zamanı Titan sualtı qayığının qalıqları Titanikdən bir neçə yüz metr aralıda tapıldı.
Paylaşılan görüntülərdə sualtı qayığın parçalanmış quyruq hissəsi Şimali Atlantik Okeanının bulanıq dibində uzanmış vəziyyətdə görünür.

Titan Denizaltısı faciasının enkaz görüntüsü ilk kez paylaşıldı
Quyruq hissəsi əsas gövdədən tamamilə ayrılıb və gəminin digər hissələri onun ətrafına səpələnib.
ABŞ Sahil Mühafizəsi, 22 iyun 2023-cü ildə uzaqdan idarə olunan vasitə ilə aparılan müayinələr nəticəsində sualtı qayığın ani təzyiq çökməsi (implozon) keçirdiyini təsdiqləyən “qəti dəlil” tapdığını açıqladı.
Bu fəlakət sualtı qayığın qəfil içəriyə doğru çökməsinə səbəb olub.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki