Çin sosial media platforması TikTok ABŞ Ali Məhkəməsinə müraciət edərək tətbiqin satışı və ya qadağan edilməsini tələb edən qanunun icrasının müvəqqəti dayandırılmasını istəyib.
Elchi.az xəbər verir ki, Ali Məhkəməyə təqdim edilən ərizədə TikTok və ByteDance şirkətlərinin “Amerikalıları Xarici Düşmən tərəfindən Nəzarət Edilən Tətbiqlərdən Müdafiə Aktı”nın icrasını dayandırmaq üçün göstəriş tələb etdiyi bildirilib.
Vəsatətdə deyilir ki, eyni vəsatət əvvəllər də Apellyasiya Məhkəməsinə təqdim edilsə də, təmin olunmayıb.
Digər tərəfdən ABŞ-ın seçilmiş prezidenti Donald Tramp da mətbuat konfransında TikTok-a qadağa qoyulmasının mümkünlüyü ilə bağlı sualı cavablandırıb.
TikTok qadağasını dayandırmağa açıq olduğuna işarə edən Tramp, “TikTok-a nəzər salacağıq. TikTok haqqında çox isti hiss edirəm” deyib.
Şayəstə Hüseynova