Ukrayna prezidenti Volodimir Zelenskinin “Qələbə planı” yaxın günlərdə ictimaiyyətə nümayiş etdiriləcək.
Elchi.az xəbər verir ki, bu barədə Ukraynanın Almaniyadakı səfiri Aleksey Makeyev bildirib.
Diplomatın sözlərinə görə, yaxın günlərdə Kiyev hakimiyyəti diplomatik və iqtisadi addımları özündə əks etdirən “plan”ın təfərrüatlarını açıqlayacaq. Makeev onların məqsədini “Rusiyanı danışıqlara məcbur etmək” adlandırır.
Diplomat əlavə edib ki, Zelenskinin “planında” Rusiyaya qarşı sanksiyalarla bağlı bənd var. Makeev bunun təfərrüatlarını açıqlamayıb.
Bundan əvvəl Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak da Volodimir Zelenskinin Qərb ölkələrinin liderlərinə daha əvvəl səsləndirdiyi “qələbə planını” yaxın günlərdə təqdim edəcəyinə söz vermişdi . Britaniyanın “The Times” nəşri yazıb ki, ABŞ Administrasiyası Ukrayna prezidentini “qələbə planı” ilə “cəhənnəmə” göndərib , özünü müntəzəm maliyyə yardımı ayırmaqla məhdudlaşdırıb.
Nuranə Məmmədova