image-36backend

Telegraph“: Tramp Ukraynaya dair planın hazırlanmasını dayandırıb

Britaniyanın “The Telegraph” qəzeti yazır ki, ABŞ prezidenti Donald Trampın administrasiyası Vaşinqtonun avropalı müttəfiqlərinin fikirlərini nəzərə almaq üçün Ukraynadakı münaqişənin həlli ilə bağlı planın hazırlanmasını dayandırıb.

Elchi.az-ın xəbərinə görə, Avropa müxbiri iddia edir ki, Trampın münaqişə ilə bağlı planının bəzi müddəaları Münhen Təhlükəsizlik Konfransında Amerika tərəfi ilə Aİ nümayəndələri arasında məsləhətləşmələrdən sonra yaxın günlərdə açıqlana bilər.

Tədbir fevralın 14-dən 16-a kimi baş tutacaq.

“Tramp administrasiyası Avropaya danışıqlar masası arxasında yer vermək üçün Ukraynaya dair sülh planının işlənib hazırlanmasını dayandırıb”.

Materiala görə, ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq sənəd layihəsini yekunlaşdırana qədər ABŞ-ın NATO üzrə tərəfdaşları ilə danışıqlar aparacağına söz verib. Kelloq bildirib ki, o, Avropa liderlərinin planın müddəaları və digər dövlətlərin sülh prosesinə mümkün töhfəsi ilə bağlı fikirlərini öyrənmək niyyətindədir.

“The Telegraph” yazır ki, Kelloq avropalı tərəfdaşlarını əmin edib ki, ABŞ Rusiya ilə mümkün danışıqlardan əvvəl Ukraynanın mövqeyini gücləndirməyə çalışır. Fevralın 6-da Kelloq bildirib ki, Münhen Təhlükəsizlik Konfransında Trampın Ukraynada nizamlanma planı açıqlanmayacaq.

Həmçinin bəzi Qərb mediası ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsinin konfrans başa çatdıqdan sonra Kiyevə gəlib Vladimir Zelenski ilə görüşə biləcəyini yazıb. Mənbələrin bildirdiyinə görə, amerikalı rəsmi yanvarda Ukraynaya səfər etməli idi, lakin naməlum səbəblərdən səfər təxirə salınıb.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki