image-dogal-yollarla-algilanamayan-yeni-bir-renk-kesfedildi-cfnibackend

Təbii vasitələrlə qavranılması mümkün olmayan yeni rəng kəşf edilib

ABŞ-da aparılan bir araşdırma insan gözünün təbii olaraq qəbul edə bilmədiyi yeni rəngin kəşf edildiyini ortaya çıxarıb.
Elchi.az xəbər verir ki, Kaliforniya, Berkli və Vaşinqton Universitetinin tədqiqatçıları tərəfindən hazırlanmış “Oz” adlı prototip lazer işığı ilə tor qişadakı müəyyən konus hüceyrələrini birbaşa stimullaşdıraraq süni yeni rəng qavrayışı yaradıb. İnsan gözü qırmızı, yaşıl və mavi rənglərə həssas olan üç növ konus hüceyrəsi ilə işləyir. Normal şəraitdə rənglər bu hüceyrələri tək-tək deyil, birlikdə stimullaşdıraraq qəbul edilir. Ancaq yeni üsulda yalnız yaşıl rəngə həssas konuslar hədəf alınaraq beyində daha əvvəl yaşanmamış rəng siqnalı yaradılıb.
Tədqiqatın bir hissəsi olaraq, üç iştirakçının gözlərinə lazer işığı vuruldu və gördükləri rəngi mövcud rəng birləşmələri ilə uyğunlaşdıra bilmədikləri müşahidə edildi. İştirakçılar bu yeni qavrayışı təsvir etmək üçün sıx ağ işıq əlavə etməli oldular. Tədqiqat qrupu bu yeni rəngə “olo” adını verib. Tədqiqat zamanı iştirakçılar gözlərinin periferik görmə sahələrində əvvəllər hiss olunmayan rəng keçidlərini və naxışları gördüklərini bildirdilər. Bu tapıntıların insanın rəng qavrayışının sərhədlərini anlamaqda yeni bir ipucu ola biləcəyi və rəng korluğu kimi xəstəliklərin müalicəsinə töhfə verə biləcəyi qeyd edilib.
Bildirilib ki, prototip vizual sistemə hüceyrə səviyyəsində nəzarət etmək və araşdırmaq məqsədilə hazırlanmış yeni eksperimental platformanın bir hissəsidir.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki