Taylandın Çaçoenqsao əyalətində Cessna tipli kiçik təyyarə meşəlik əraziyə düşüb. Təbii fəlakət nəticəsində 9 nəfər həlak olub.
Elchi.az xəbər verir ki, Taylandın Trat əyalətinə getmək üçün paytaxt Banqkokdan 7 sərnişin və 2 pilotla havaya qalxan TFT209 nömrəli Cessna tipli təyyarə yerli vaxtla saat 15.18-də Çaçoenqsao əyalətində meşəlik əraziyə düşüb.
Təyyarədə partlayış baş verərkən əraziyə polis, sağlamlıq və xilasetmə qrupları göndərilib.
Qəzada 7 sərnişin, 5 çinli və 2 taylandlı və 2 taylandlı pilot həyatını itirib.
Təyyarənin qəzaya uğramasının səbəbi hələlik məlum deyil.
Şayəstə Hüseynova