Suriyanın xarici işlər naziri Əsəd Həsən əl-Şibani çərşənbə axşamı İranı Suriya xalqının iradəsinə və ölkənin suverenliyinə hörmət etməyə çağırıb. Əl-Şibani sosial şəbəkələrdə yazıb: “İran Suriya xalqının iradəsinə, ölkənin suverenliyinə və ərazi bütövlüyünə hörmət etməlidir”.
Xarici işlər naziri həmçinin bildirib ki, o, İrana Suriyada xaos yaymamaq barədə xəbərdarlıq edib və son bəyanatlara görə məsuliyyət daşımağa çağırıb.
Elchi.az xəbər verir ki, Əl-Şibaninin mesajı bazar günü televiziya ilə çıxışında Suriya gənclərini “ölkədə qeyri-sabitliyi təşkil edənlərə qarşı qətiyyətlə dayanmağa” çağıran İran İslam Respublikasının lideri Ayətullah Əli Xameneiyə cavab olub.
Dekabrın 8-də Suriyadakı silahlı müxalifət Dəməşqi ələ keçirdiklərini və keçid hökuməti qurduğunu elan etdilər. Ötən şənbə günü Suriyanın müvəqqəti hökuməti Əl-Şibanini xarici işlər naziri təyin edib.
Yeganə