Bu yaxınlarda aparılan bir araşdırma, böyük dil modelləri kimi tanınan süni intellekt texnologiyalarının insanlarda demansın ilkin əlamətlərini aşkar etmək üçün istifadə edilən testlərdə koqnitiv zəiflik əlamətləri göstərdiyini göstərdi.
Elchi.az xəbər verir ki, The BMJ jurnalında dərc edilən araşdırmaya görə, ChatGPT 4, Claude 3.5 və Gemini kimi məşhur süni intellekt modelləri Monreal Koqnitiv Qiymətləndirmə Testindən (MoCA) aşağı bal alıblar.
Bu test diqqət, yaddaş, dil, vizual-məkan bacarıqları və icra funksiyaları kimi koqnitiv qabiliyyətləri ölçmək üçün istifadə olunur.
Tədqiqat həmçinin, qocalmış insan xəstələri kimi, köhnə süni intellekt modellərinin də testlərdə daha az performans göstərdiyini müəyyən edib.
Müəlliflər iddia edirlər ki, bu tapıntılar “süni intellektin tezliklə insan həkimlərini əvəz edəcəyi” anlayışını şübhə altına alır.
Şayəstə Hüseynova