image-kolera-nijerya-1621778_1backend

Sudanda kolera epidemiyasından 500-dən çox insan həyatını itirib

Sudan Səhiyyə Nazirliyindən verilən açıqlamada ölkədə koleraya yoluxanların sayının 15 min 577-yə yüksəldiyi bildirilib.
Elchi.az xəbər verir ki, açıqlamada kolera xəstəliyindən həyatını itirənlərin sayının 506-ya çatdığı qeyd edilib.
Sudanda iyun ayından bəri təsirli olan yağışlar və daşqınlar vəba xəstəliyinin yayılmasına səbəb olub. Sudan hakimiyyəti avqustun 12-də vəba xəstəliyini epidemiya elan edib.
Müharibənin davam etdiyi və səhiyyə sisteminin effektiv işləmədiyi Sudanda epidemik xəstəliklərin yayılması həyatı daha da çətinləşdirir.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki