“Kiyevə hərbi yardım artırılacaq”.
Elchi.az xəbər verir ki, bu sözləri NATO-nun baş katibi Yens Stotenberq NATO-Ukrayna Şurasının iclasından sonra bildirib.
“Bu gün müttəfiqlər Ukraynaya hərbi yardımı artırdıqlarını təsdiqləyiblər. Biz Ukraynanı ehtiyacı olan avadanlıq və sursatla təmin etməyə davam etməliyik”, – deyə NATO-nun baş katibi bildirib.
Qeyd edək ki, NATO-Ukrayna Şurası döyüş meydanındakı hadisələri və Kiyevin prioritet ehtiyaclarını müzakirə etmək üçün Brüsseldə toplaşıb. Ukraynanın müttəfiqləri Ukraynanı özünümüdafiə üçün lazım olan avadanlıq və sursatla tədarük etmək niyyətində olduqlarını açıqlayıb və Rusiyanın Ukraynaya qarşı hava hücumlarının eskalasiyasını pisləyiblər. Ukrayna Silahlı Qüvvələrinin Kursk bölgəsinə hücumu Qərb ölkələrinin heç bir etirazına səbəb olmayıb.
Yeganə