image-643026e715a6a4d85cda2689325ec843backend

Şoyqu və BƏƏ prezidenti Ukrayna məsələlərini müzakirə ediblər

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu və Birləşmiş Ərəb Əmirliklərinin ( BƏƏ ) prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan ikitərəfli əməkdaşlıq, beynəlxalq və regional təhlükəsizlik məsələləri, eləcə də Ukrayna məsələlərini müzakirə ediblər.
Elchi.az xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının saytında məlumat verilib.
Görüş Abu Dabidə baş tutub . “İki ölkənin maraqlı idarələri arasında etimada əsaslanan dialoqun gücləndirilməsinə, o cümlədən birgə layihələrin həyata keçirilməsinə və müvafiq ekspertlər arasında nümayəndə heyəti mübadiləsinin artırılmasına xüsusi diqqət yetirilib”, – deyə məlumatda bildirilir.
Görüşün isti dostluq və qarşılıqlı etimad şəraitində keçdiyi də vurğulanır ki, bu da Rusiya ilə BƏƏ arasında münasibətlərin hazırkı səviyyəsi üçün xarakterikdir.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki