Aşağı reytinqə baxmayaraq, Almaniya kansleri Olaf Şolts növbəti dəfə baş nazir postuna namizədliyini irəli sürmək niyyətində olduğunu açıqlayıb.
Elchi.az xəbər verir ki, bu barədə “Der Spiegel” qəzeti yazır.
Almaniya hökumətinin başçısı vurğulayıb ki, o, 2021-ci ildə bu vəzifəyə seçiləndə ölkədə vəziyyət heç də yaxşı deyildi:
“Mən kansler olmağı sevirəm. Mənim məqsədim Sosial Demokrat Partiyasının (SPD) mümkün qədər güclü olması və növbəti hökumətə rəhbərlik etməsidir”.
Onun sözlərinə görə, Almaniyanın siyasi mənzərəsi daim dəyişir, lakin o, SPD-nin yenidən uğur qazanacağına əmindir.
Xatırladaq ki, b undan əvvəl Şoltsun Almaniyanın əsas müxalifət partiyası və regional liderləri ilə miqrasiya siyasətinin sərtləşdirilməsi ilə bağlı danışıqlar aparmaq təklifi məlum olub. Gündəliyə sığınacaq verilməsindən imtina edilmiş şəxslərin deportasiyası ilə bağlı vəziyyətin yaxşılaşdırılması ilə bağlı sualların yer alacağı dəqiqləşib.
Yeganə
Mənbə: Lenta.ru