Almaniya kansleri Olaf Şolts bazar günü keçiriləcək növbədənkənar Bundestaq (parlament) seçkilərindən sonra yeni hakim koalisiya qurulana qədər hökumətə rəhbərlik etməyə davam edəcəyini bəyan edib.
Elchi.az xəbər verir Şolts Almaniya Sosial Demokrat Partiyasının məğlubiyyətini qəbul etdi.
Almaniya qanunvericiliyi belə hallarda kansleri istefaya məcbur etmir.
“Almaniyanın doqquzuncu kansleri olmaq böyük şərəfdir. Bu vəzifədə sona qədər işləyəcəm. İndi digər [siyasətçilər] hökuməti qurmaq üçün bir yol tapmalıdırlar. Şolts exit-poll elan edildikdən sonra SPD-nin Berlindəki qərargahında deyib: “Mən bu şərəfə son seçkilərdə mənə və bizə mandat verən vətəndaşlar, eləcə də Sosial Demokrat Partiyası sayəsində nail oldum”.
O, ümid etdiyini bildirib ki, SPD gələcəkdə də Almaniyada sosial-demokrat siyasətin mərkəzi rolunu saxlamaq üçün mübarizə aparacaq vahid partiya olaraq qalacaq.
Yeganə