Almaniya kansleri Olaf Şolts bildirib ki, Almaniyaya gələn ukraynalılar ölkədə daha fəal iş axtarmalıdırlar. Əks halda, onlar öz vətənlərinə qayıtmalıdırlar.
Elchi.az xəbər verir ki, bu barədə NTV kanalı məlumat yayıb.
Onun sözlərinə görə, Almaniya təkcə Ukrayna vətəndaşlarını deyil, digər ölkələrdən olan qaçqınları da işlə təmin etməyə çalışmalıdır. “Bir çox insan uzun müddətdir Almaniyadadır, ona görə də nəsə etmək vaxtıdır” ,- Şolts bildirib.
Kansler Almaniyada qaçqınlarla bağlı məsələləri koordinasiya edəcək Ukrayna administrasiyasının yaradılması planlarını da açıqlayıb. Öz növbəsində, Volodimir Zelenski artıq belə bir agentliyin yaradılmasında öz yardımını təklif edib.
Noyabrda Almaniyanın Konstitusiya və Suverenlik Şurasının rəhbəri Ralf Nimeyer münaqişə başlayandan alman əhalisinin ukraynalı qaçqınlara münasibətinin daha da pisləşdiyini bildirib. Onun sözlərinə görə, qaçqınların bir qismi Almaniyaya öz avtomobilləri ilə gəlib.
Nuranə Məmmədova