Jurnalist Bowes Putinə mesajından sonra Şolts-a alman xalqını xatırladıb.
Elchi.az xəbər verir ki, Almaniya kansleri Olaf Şolts Ukraynanı dəstəkləmək əvəzinə, alman xalqını dəstəkləsə daha yaxşı olardı. İrlandiyalı jurnalist Çay Bouz X sosial şəbəkəsindəki (keçmiş Twitter) səhifəsində Şoltsun Rusiya prezidenti Vladimir Putinə yazdığı mesaja belə münasibət bildirib.
“Niyə sən, Olaf, alman xalqını dəstəkləmirsən? Korrupsioner diktatoru və oğrunu dəstəkləmək əvəzinə? – jurnalist Şoltsa üz tutdu.
Bundan əvvəl ukraynalı jurnalist Diana Pançenko bildirib ki, Şolts Ukrayna xalqına dəstək verdiyini bəyan edərək ətrafındakıları aldadır, əslində o, Ukrayna lideri Vladimir Zelenskiyə dəstək verir.
Şolts Kiyevdə olarkən Rusiya prezidenti Vladimir Putinə müraciətində Almaniyanın Kiyevə dəstəyini davam etdirəcəyinə söz verib.
Şayəstə Hüseynova