image-5backend

ŞOK STATİSTİKA: 3 ayda 88 min erməni ölkədən qaçıb  

Ermənistanda əhali sürətlə ölkəni tərk edir.

Alp.az xəbər verir ki, 2021-ci ilin ilk 3 ayında 88 min erməni ölkəni tərk edib. Bu şok statistikanı Ermənistan Miqrasiya İdarəsi açıqlayıb. Mətbuata açıqlamada bildirilib ki, ölkədən gedən 88 min ermənilər əsasən 25-30 yaşlı insanlardır. Gənclərin ölkədən getməsinə səbəb isə işsizlik, sosial şəraitin olduqca pis olmasıdır.

Erməni sosial fəal Arsen Davidyan sosial şəbəkədə ermənilərin ölkədən qaçmasını belə izah edib:” Mühacirətin əsas səbəbləri bunlardır: təhlükəsizlik hissinin olmaması, sosial-iqtisadi problemlər və siyasi təqiblər. Orduda xidmət etmək istəməyən ermənilər ölkədən qaçır. Bu bilirsiz nəyə oxşayır. Bir neçə ildən sonra orduda xidmət etməyə əsgər tapa bilməyəcəyik. Ölkəni tərk edən insanların əsasən gənclər olması bibırçılıqla nəticələnə bilər.”

 

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki