image-tatli-kars-aa-2211402_1backend

Şirniyyat depressiyaya səbəb ola bilər

Alimlər şirniyyatın həddindən artıq istehlakının depressiyaya səbəb ola biləcəyini aşkar ediblər. Xüsusilə işlənmiş şəkər təkcə diabet və ürək xəstəlikləri kimi fiziki xəstəliklərə deyil, həm də psixi sağlamlığa mənfi təsir göstərə bilər.
Elchi.az xəbər verir ki, İngiltərədə aparılan yeni bir araşdırma, şirniyyatın düşkünlərinin psixi sağlamlığının da təhlükə altında olduğunu ortaya çıxarıb.
Journal of Translational Medicine jurnalında nəşr olunan araşdırmada İngiltərə Biobankından alınan 180 min adamın sağlamlıq və qidalanma məlumatları araşdırılıb.
Tədqiqat qrupu süni intellektdən istifadə edərək iştirakçıları üç əsas qrupa ayırıb: daha çox meyvə və tərəvəz yeyənlər, hər cür qidadan istifadə edənlər və daha çox şəkərli qidalara üz tutanlar.
İştirakçıların qan nümunələri üzərində aparılan analizlərdə 2923 zülal və 168 metabolitin orqanizmə təsiri araşdırılıb. Zülallar infeksiyalarla mübarizədən əzələlərin rahatlamasına qədər bir çox həyati vəzifəni yerinə yetirərkən, metabolitlər həzm kimi proseslərdə əmələ gələn kiçik molekullara aiddir. Bu məlumatların işığında insanların bioloji sağlamlıq dəyərləri haqqında hərtərəfli bir şəkil əldə edilib.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki