image-snimok-yekrana-216backend

Şimali Koreyadan gərginliyi artıran hərəkət!

Şimali Koreya yeni hazırlanmış orta mənzilli hipersəs ballistik raketini uğurla sınaqdan keçirdiklərini açıqlayıb.
Elchi.az xəbər verir ki, raketin performansının qlobal miqyasda gözardı edilə bilməyəcəyini bildirən ölkə lideri Kim Çen In, “Hər cür müdafiə sistemini effektiv şəkildə aşaraq düşmənə ciddi hərbi zərbə vura bilərik” deyib.
Şimali Koreya dünən raket sınağını təsdiqləyib. Şimali Koreya rəhbərliyindən verilən açıqlamada, strateji çəkindirmənin davamlılığını və effektivliyini artırmaq məqsədi daşıyan Milli Müdafiə İnkişaf Planı çərçivəsində hazırlanmış yeni orta mənzilli hipersəs ballistik raketin müvəffəqiyyətlə sınaqdan keçirildiyi bildirilib. Ölkə lideri Kim Çen Inın canlı yayımda sınağı izlədiyi bildirilərkən, atılan raketin səs sürətindən 12 dəfə yüksək olduğu və təxminən 1500 kilometr uçduğu bildirildi.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki