image-kuzey-korede-14-milyon-kisi-gonullu-askerlik-icin-basvurdu-1ma2backend

Şimali Koreyada 1,4 milyon insan könüllü hərbi xidmət üçün müraciət edib

Müharibə olacağı təqdirdə Cənubi Koreyanın “xəritədən silinəcəyi” ilə bağlı xəbərdarlıq edən Şimali Koreya rəhbərliyi 1,4 milyondan çox gəncin könüllü olaraq hərbi xidmət üçün müraciət etdiyini açıqlayıb.
Elchi.az xəbər verir ki, Şimali Koreya ilə Cənubi Koreya arasında hərbi gərginlik davam edərkən, Pxenyan administrasiyasından bölgədə təhlükəsizlik narahatlığını artıracaq bir açıqlama gəldi.
Şimali Koreyanın rəsmi mətbuatının məlumatına görə, oktyabrın 14-ü və 15-də ölkə üzrə 1,4 milyondan çox gənc Koreya Xalq Ordusuna (KPA) könüllü olmaq üçün müraciət edib.
Bəyanatda deyilir: “Ölkənin hər yerində gənclər və tələbələr orduya qoşulmaq və ya yenidən qoşulmaq üçün petisiya imzalayıb, münaqişə manyaklarının və cinayətkarların hər birini ovlamaq və onların boğazlarını kəsmək üçün and içiblər”, “Bütün Şimali Koreya Cənubi Koreyanın suverenliyini və təhlükəsizliyini pozan pisliyi məhv etmək iradəsi ilə doludur”.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki