Şimali Koreya Cənubi Koreya və ABŞ-ın hərbi əməliyyatları səbəbindən bu gündən etibarən Cənub ilə bütün quru və dəmiryol əlaqələrini kəsəcəyini açıqlayıb.
Elchi.az xəbər verir ki, Şimali Koreya xəbər agentliyi KCNA-nın xəbərinə görə, Şimali Koreya Xalq Ordusundan verilən açıqlamada oktyabrın 9-dan etibarən sərhəddəki avtomobil və dəmir yolu əlaqələrinin kəsiləcəyi, sərhəd bölgələrinin möhkəmləndiriləcəyi bildirilib.
Cənubi Koreyanın “əsas düşmən dövlət” və “sabit əsas düşmən” olaraq təyin olunduğu bəyanatda “Ordumuzun sərhədi həmişəlik kəsib bağlaması hazırkı vəziyyətdə müharibənin qarşısını almaq və ölkənin təhlükəsizliyini təmin etmək üçün özünümüdafiə tədbiridir”.
Açıqlamada Cənubi Koreyanın hərbi təlimləri və ABŞ-ın bəzi nüvə varlıqlarının bölgəyə səfəri ilə əlaqədar Koreya yarımadasındakı hərbi vəziyyətin “kəskinləşdiyi” və buna qarşı daha qətiyyətli və daha güclü tədbirlərin görüldüyü bildirilib.
Açıqlamada Şimali Koreya ordusunun Cənubda yerləşən ABŞ əsgərlərinə telefon mesajı ilə istehkam fəaliyyətini elan etdiyi və bunun fəaliyyətin yanlış anlaşılması və təsadüfi qarşıdurma riskinin qarşısını almaq məqsədi daşıdığı bildirilib.
Amerikanın Cənubi Koreyadakı hərbi varlığı 1950-53 Koreya Müharibəsindən bəri davam etsə də, ölkədə hələ də 28 min Amerika əsgəri var. Şimali və Cənubi Koreya arasındakı ayrılıq Soyuq Müharibənin həll olunmamış bölmələrindən biri olaraq qalır.
Şayəstə Hüseynova